“NATO-ya daxil ola bilmərik. Biz bunu etiraf etməliyik”.
Bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna NATO müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək niyyətində deyil. Mən şadam ki, xalqımız bunu başa düşür. İnsanlarımız bizə kömək edən tərəfdaşlarımıza arxalanırlar”, – o deyib.
Dövlət başçısı həmçinin Rusiyanın Ukraynaya hücumundan da danışıb: “Rusiyanın “döyüş maşını” hələ də dayandırıla, insanların ölümünün qarşısı alına bilər”.