7 C
Baku
Sunday, February 5, 2023

Ukrayna Prezidenti ofisi: “Bitərəflik barədə danışıqlara hazırıq”

“Ukrayna bitərəflik statuisuna dair Rusiya ilə danışıqlar aparmağa hazırdır, amma əvəzində təhlükəsizlik zəmanəti də verilməlidir”.

Bunu Ukrayna Prezidenti ofisinin rəhbəri Mixaylo Podoliyak bildirib.

“Ukrayna həmişə, o cümlədən Rusiyanın indiki tammiqyaslı hücumu zamanı belə danışıqlar üçün qapını açıq qoyub. Bu müharibə dayandırılmalıdır”, – o vurğulayıb.

Daha əvvəl Prezident Volodimir Zelenskinin Avropa ölkələrini Ukrayna ilə bir yerdə vuruşmaq istəməməkdə qınadığını xatırladan ofis rəhbəri Avropa ölkələrindən fərqli olaraq Ukraynanın Rusiyadan qorxmadlığını deyib.

“Bu gün Moskvanın danışıqlar istədiyini eşitdik. Əgər bitərəflik statusu ilə danışmaq istəyirlərsə, biz bu cür müzakirədən çəkinmirik. Məsələ ondadır ki, Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək və zəmanətçilərin razılaşmalara əməl edəcəyinə necə əmin ola bilərik”, – M.Podoliyak diqqətə çatdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X