19 C
Baku
Friday, October 10, 2025

Ukrayna Putin ilə Zelenski arasında Moskvada görüş keçirməkdən imtina edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiha Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Moskvaya dəvətini qəbuledilməz adlandırıb.

Bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.

Bu cür təkliflər “əvvəldən qəbuledilməzdir”.

“Hazırda ən azı yeddi ölkə Ukrayna və Rusiya liderləri arasında müharibəyə son qoymaq üçün görüş keçirməyə hazırdır: Avstriya, Müqəddəs Taxt-Tac, İsveçrə, Türkiyə və üç körfəz ölkəsi. Bunlar ciddi təkliflərdir və [Zelenski] hər an belə görüşə hazırdır”, – deyə o əlavə edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər