22 C
Baku
Friday, April 26, 2024

Ukrayna Putinin Zaporojye AES-lə bağlı fərmanını qüvvədən düşmüş hesab edib

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) mənimsəmək cəhdini pisləyib və Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanını qüvvədən düşmüş hesab edib.

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Ukraynaya qarşı genişmiqyaslı təcavüzün başlanğıcından bəri Rusiya tərəfindən cinayətlərin və beynəlxalq hüququn kobud şəkildə pozulmasının uzun siyahısı bu gün daha bir belə vəhşiliklə – Zaporojye AES-ə nəzarəti ələ keçirmək üçün qanunsuz cəhdlə tamamlandı. Biz Rusiya Prezidentinin bununla bağlı müvafiq fərmanını qüvvədən düşmüş hesab edirik. Biz AES-in Rusiya tərəfindən işğalı ilə bağlı nüvə təhlükəsizliyi sahəsində riskləri və təhdidləri daha da gücləndirən bu cinayəti qətiyyətlə pisləyirik”, – bəyanatda qeyd edilir.

 

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər