Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, lakin bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.
“2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirilib. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25%-i qrant dəstəyi olub” – Marçenko öz Facebook səhifəsində yazıb.