26 C
Baku
Wednesday, October 2, 2024

Ukrayna qanunvericilik səviyyəsində Rusiyaya malların ixracına qadağa qoyub

Ukrayna hökuməti hərbi vəziyyətin sonuna qədər qanunvericilik səviyyəsində Rusiyaya malların ixracına qadağa qoyub.  Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkənin baş nazirin müavini Yuliya Sviridenko bu qərarı Rusiyaya qarşı sanskiya təzyiqinin davamı adlandırıb. Onun sözlərinə görə, fevralın 24-dən Rusiyaya malların ixracı faktiki olaraq dayandırılıb. “İndi bu, hüquqi səviyyədə təsbit olunub”, – deyə Yuliya söyləyib.

Ukrayna Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya və Ukrayna arasında ticarət dövriyyəsi 38.7% artıb və 10.09 milyard dollar təşkil edib. Ukraynadan Rusiyaya ixrac 26.5% artaraq 3.44 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər