2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna Qazaxıstandakı səfiri geri çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski qalmaqallı açıqlamasından sonra ölkənin Qazaxıstandakı səfiri Petr Vrublevskiyi vəzifəsindən geri çağırıb.

Zelenski bu barədə sərəncam imzalayıb.

Qeyd olunur ki, səfirlə bağlı qalmaqal hələ yay ayında baş verib. Belə ki, Vrublevskiy verdiyi müsahibələrin birində bildirib ki, “Ukrayna mümkün qədər çox rusiyalı öldürməyə çalışır”. Səfir bu açıqlamasından sonra Qazaxıstan XİN-ə çağırılıb və daha sonra öz sözlərinə görə üzr istəyib. Qazaxıstan oktyabrın əvvəlində sözügedən səfirin ölkəni tərk edəcəyini açıqlamışdı. Bununla belə, Ukrayna ilə əldə olunan razılaşmaya görə, ölkə özü səfirini geri çağırmalıdır.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər