9 C
Baku
Thursday, December 12, 2024

Ukrayna “Qazprom”la qaz tranziti ilə bağlı yeni müqavilə bağlamayacaq

Ukrayna hakimiyyəti “Qazprom”la qaz tranziti ilə bağlı yeni müqaviləni uzatmağı və ya yeni müqavilə bağlamağı planlaşdırmır.

Bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın qaz nəqli sistemi stress-testlərdən keçib və tranzit olmadan təhlükəsiz mövcud ola biləcəyini sübuta yetirib.

Xatırladaq ki, martın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Kiyev “Qazprom”la müqavilənin müddəti bu ilin sonunda başa çatdıqdan sonra Rusiya qazının öz ərazisi ilə Avropaya tranzitini davam etdirməyə hazırdır, lakin bu barədə Moskva ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil. Onun sözlərinə görə, Rusiya qazı Ukraynanın qaz nəqli sisteminə ötürülməmişdən əvvəl Avropa ölkələri tərəfindən alına bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər