8 C
Baku
Thursday, December 12, 2024

Ukrayna qızıl ehtiyatlarını satmağa başladı

Aprelin 30-una olan vəziyyətə görə Ukraynanın dövlət borcu 79,8 milyard dollara bərabərdir

 Ukrayna Milli Bankının rəhbəri Yakov Smoliy bəyan edib ki, 2019-cu ilin mayında ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar azalıb. Bu barədə “Strana.ua”-ya istinadən xəbər verir.

Belə ki, ölkənin qızıl ehtiyatları 20,5-dən 19,3 milyard dollara düşüb. Nəşr yazır ki, bu azalmaya səbəb dövlət borcu üzrə böyük həcmdə ödənişin həyata keçirilməsidir.

Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borc ödəməlidir. Ölkə rəhbərliyi hesab edir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya daha iki milyard dollar ayıracaq ki, bu da ödənişləri balanslaşdırmağa kömək edəcək. BVF-dən vurğulanıb ki, növbəti kredit tranşı yeni Ali Radanın seçilməsi və hökumətin formalaşmasından sonra təqdim olunacaq.

Qeyd edək ki, mayın 27-i məlum olub ki son bir ay ərzində Ukraynanın dövlət borcu dollar ekvivalentində 1,3% artıb. Aprelin 30-una olan vəziyyətə görə Ukraynanın dövlət borcu 79,8 milyard dollara bərabərdir.


©Sputnik

Son xəbərlər
Digər xəbərlər