9 C
Baku
Sunday, November 17, 2024

Ukrayna qüvvələri Qara dənizdə Rusiya hərbi təyyarəsini vurub

Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələri Qara dənizdə Rusiya hərbi təyyarəsini vurub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında məlumat yayıb.

 

Bildirilib ki, Ukraynanın ərazi sularında İlan adasının yaxınlığında, “döyüş qüllələri” adlanan ərazidə Rusiya hərbi təyyarəsi ilə Ukrayna döyüş katerləri arasında toqquşma baş verib.

“İşğalçıların təyyarəsi Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin hərbi gəmilərinə hücum etməyə cəhd etsə də, cavabını alıb.

Düşmən Ukrayna qayığının guya zədələnməsi və batması barədə saxta məlumat yayıb. Əslində, Rusiya raketi suya düşüb, Ukrayna hərbçilərinə heç bir zərər dəyməyib. Hücuma cəhdə cavab olaraq Ukrayna hərbçiləri işğalçıların təyyarəsini vurublar. Ukrayna hərbi gəmisindən atılan raket Rusiya təyyarəsini zədələyib və o, dərhal hadisə yerini tərk edərək ən yaxın aerodrom istiqamətində uçmağa məcbur olub”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

UNIAN agentliyi isə “Censor.net” portalının baş redaktoru Yuri Butusova istinadən bildirib ki, Rusiyaya məxsus zədələnmiş Mi-8 hərbi helikopteri Ukrayna Hərbi Qüvvələrinin hərbi bazasına enib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər