Rusiyada əsirlikdə olan 64 nəfər Ukrayna hərbçisi geri qaytarılıb.
Bu barədə Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Onun sözlərinə görə, Rusiya əsirliyindən azad olunan hərbçilər Donetsk, Luqansk istiqamətlərində və Baxmut şəhərinin müdafiəsi üçün gedən döyüşlərdə iştirak edib.
Yermak onu da əlavə edib ki, 4 nəfərin cəsədi və ukraynalılara kömək edən 1 nəfər ABŞ vətəndaşı da geri qaytarılıb.