7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin fərmanı ilə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya biznesmenlərinə qarşı sanksiyalar barədə qərarı qüvvəyə minib.

Sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Sənəddə deyilir ki, Rusiyadan olan biznesmenlər Leonid Mixelson, Süleyman Kərimov, Arkadiy Rotenberq, Mixayil Proxorov və digərlərinə qarşı sanksiyaların tətbiqinə başlanılıb.

Bundan əlavə, Vladimir Lisin, Tatyana Bakalçuk, Qod Nisanov, İqor Altuşkin, Samvel Karapetyan, Aleksandt Abramov, Dmitriy Rıbolovleva, Serqey Popov, Serqey Qordeyev və başqalarına qarşı da sanksiyalar tətbiq edilib.

Zelenski həmçinin Rusiyanın bir sıra hüquqi şəxslərinə də sanksiyalar tətbiq edib. Onların sırasında “Rostelekom”, “Alfabank”, Rusiya Birbaşa İnvestisiya Fondu, “Rushidro”, “Alrosa” və s. var.

Rusiya Prezidentinin İşlər İdarəsi, Kazan helikopter zavodu, “Kamaz” zavodu, Moskva kredit bankı və başqa təşkilatlara qarşı sanksiya tətbiq olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər