24 C
Baku
Tuesday, July 2, 2024

Ukrayna-Rusiya danışıqları bu saatda başlayacaq

Belarusda Rusiya-Ukrayna danışıqları bu gün yerli vaxtla saat 13:00-da başlayacaq.

Bu barədə Rusiya Prezidentinin köməkçisi, Qomeldəki nümayəndə heyətinin rəhbəri Vladimir Medinski açıqlama verib.

Ukrayna tərəfini danışıqlarda deputat, Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.

“Rusiya Ukrayna nümayəndə heyəti ilə mümkün qədər tez bir zamanda razılıq əldə etməkdə maraqlıdır. Ukrayna nümayəndə heyətinin maddi-texniki təminatı çox çətindir, gəliş vaxtı bir neçə dəfə təxirə salınıb”,- Medinski deyib.

Qeyd edək ki, görüş Belarusun Qomel şəhərində keçiriləcək.

MənbəModern
Son xəbərlər
Digər xəbərlər