-3 C
Baku
Sunday, December 15, 2024

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun dəqiq tarixi açıqlanıb

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu bazar ertəsi, martın 7-də baş tutacaq.

Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib.

“Danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq”, – Araxamiya bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 5-də və ya 6-da baş tuta bilər.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin də martın 4-də telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundunun bu həftəsonu keçiriləcəyini bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər