14 C
Baku
Monday, May 13, 2024

Ukrayna Rusiya ilə birgə sərhəd nəzarəti haqqında sazişdən çıxdı

Ukrayna Ali Radası Rusiya Federasiyası ilə Ukrayna-Rusiya dövlət sərhədində şəxslərin, nəqliyyat vasitələrinin və malların birgə nəzarəti haqqında sazişdən çıxmaq haqqında qanun qəbul edib.

Bu barədə ölkə hökumətinin parlamentdəki nümayəndəsi Taras Melniçuk bildirib.

Sənədə əsasən, bu qərar sazişin Belarus tərəfinə də şamil edilir. Hazırkı müqavilə 2011-ci il oktyabrın 18-də imzalanıb.

Ukraynanın Ali Radası Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası hökuməti arasında şəxslərə, nəqliyyat vasitələrinə və mallara birgə nəzarətin həyata keçirilməsində əməkdaşlıq haqqında Sazişin ləğvi haqqında qanun layihəsini əsas və ümumilikdə hökumətin qanun layihəsi kimi qəbul edib.

24 fevral 2023-cü ildə Ali Rada Azov dənizi və Kerç boğazında Rusiya Federasiyası ilə bütün əməkdaşlıq müqavilələrini ləğv etdi . Rusiya ilə Ukrayna arasında müqavilə 2003-cü il dekabrın 24-də Kerçdə imzalanıb. Müqavilə Ukrayna və Rusiya bayraqları altında gəmilərin sərbəst hərəkətini, o cümlədən naviqasiya, onun tənzimlənməsi, həmçinin balıq ovu və dəniz mühitinin mühafizəsi sahəsində birgə fəaliyyətləri nəzərdə tuturdu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər