13 C
Baku
Sunday, September 29, 2024

Ukrayna Rusiya ilə viza rejimi tətbiq edib

Ukrayna bu gündən, iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Qeyd olunur ki, qərar Rusiyanın Ukraynada müharibəyə başlaması ilə əlaqədardır.

Fevralın 11-i Ukrayna prezidentinin saytında Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı petisiya dərc olunub. May ayında Ukrayna prezidenti Volodimir Zelenski təşəbbüsü dəstəkləyərək “yaxşı ideya” adlandırıb. Ölkənin Nazirlər Kabineti bu təklifi iyunun 17-də təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər