10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Rusiya neftinin tranzitini bərpa edib

Ukrayna Macarıstan şirkətindən avans ödənişi aldıqdan sonra Rusiya neftinin tranzitini bərpa edib.

“Ukrtransnafta” “Drujba” magistral neft kəmərinin Slovakiya və Macarıstan istiqamətində Ukrayna hissəsindən neft tranzitini bərpa edib.

Bundan əvvəl, neftin tranziti avqustun 4-də Rusiyanın “Transneft” şirkəti daşıma üçün avans ödənişini köçürmədiyi üçün dayandırılıb. Müqavilə neftin vurulması üçün 100 % ilkin ödənişi nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər