4 C
Baku
Friday, January 27, 2023

“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər”

“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün işğalçı ölkə bir sıra şərtləri yerinə yetirməlidir”.

Bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya teleqramda yazıb.

“Ukrayna Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bunun üçün kifayətdir: ölkəmizin ərazisini tərk etmək, təzminat ödəmək, bütün hərbi cinayətkarları cəzalandırmaq, nüvə silahını könüllü təslim etmək”, – Araxamiya bildirib.

O vurğulayıb ki, yalnız sadaladığı şərtlər yerinə yetirilərsə, Ukrayna danışıqlar masası arxasına əyləşib təhlükəsizlik təminatlarından danışa bilər.

Son xəbərlər
Digər xəbərlər
X