28 C
Baku
Saturday, July 27, 2024

Ukrayna Rusiyanın 25 minə yaxın hərbçisini itirdiyini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 110 tankı, 2 686 zirehli döyüş maşını, 502 artilleriya sistemi, 171 reaktiv yaylım atəşi sistemi, 83 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1926 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 324 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 24 900-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər