36 C
Baku
Tuesday, July 15, 2025

Ukrayna Rusiyanın 45 milyon dollarlıq hərbi texnikasını məhv edib

Ukrayna hərbçiləri işğalçıların ən yeni orta mənzilli zenit-raket kompleksi olan “Buk-M3”ü məhv etməyə nail olublar. Bu əməliyyatı “Qara Meşə” ləqəbli 15-ci müstəqil artilleriya kəşfiyyat briqadasının döyüşçüləri həyata keçiriblər.

Briqadanın rəsmi səhifəsində yerləşdirilən məlumata görə, “Qara Meşə” kəşfiyyatçıları işğalçıların ən yeni “Buk-M3” zenit-raket kompleksinin daha bir stansiyasını aşkarlayıb və atəşi dəqiq yönəldərək onu məhv ediblər.

Bildirilib ki, “Buk-M3” düşmənin hava hücumundan müdafiə sisteminin əsas komponentlərindən biridir. Kompleksin dəyəri təxminən 45 milyon ABŞ dollarıdır.

Son xəbərlər
Digər xəbərlər