10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Rusiyanın bütün banklarına qarşı 50 il müddətinə sanksiyalar tətbiq edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radadan Rusiyada yerləşən bütün banklara və digər maliyyə institutlarına qarı 50 il müddətinə sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul etməyi xahiş edib.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Məhdudiyyətlərə aşağıdakılar daxil olacaq:

– Rusiya banklarına, sığortaçılara və maliyyə bazarının digər iştirakçılarına məxsus aktivlərlə əməliyyatların dayandırılması;

– müxbir münasibətlərinin yaradılmasının qadağan edilməsi;

– əməliyyatlara və ya investisiyalara qadağa;

– Rusiya Federasiyasından maliyyə şirkətlərinin qiymətli kağızlarının və hər hansı maliyyə alətlərinin alınmasına qadağa;

– təsərrüfat və maliyyə öhdəliklərinin yerinə yetirilməsinə, o cümlədən dividendlərin, kreditlər üzrə faizlərin ödənilməsinə qadağa;

– banklararası hesablaşmaları, fiziki şəxslərin köçürmələrini dayandırmaq.

Sanksiyalar həmçinin Rusiya Bankına, bank olmayan kredit təşkilatlara, ödəniş sistemlərinin operatorlarına, fond bazarının peşəkar iştirakçılarına, sığorta şirkətlərinə və investisiya fondlarına təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər