Aİ diplomatiyasının rəhbəri Cosep Borrell bildirib ki, Kiyev Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin ilk tranşını avqustun əvvəlində alacaq.
Bu barədə o, Avropa İttifaqının xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.
“Avqustun əvvəlində gözlənilən 1.4 milyardlıq birinci tranş üzrə irəliləyiş barədə nazirləri məlumatlandırdım”, – Borrell vurğulayıb.