25 C
Baku
Saturday, June 22, 2024

Ukrayna Rusiyanın Zaporojye AES-ə nəzarəti ələ keçirməsini təkzib edib

Ukrayna rəsmiləri Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti ələ keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

Ukraynaya məxsus “Energoatom” dövlət şirkəti bu barədə yayılan iddiaları yalan adlandırıb.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov Rusiya qoşunlarının Avropanın ən böyük AES-i olan Zaporojye ətrafındakı əraziyə nəzarəti tam ələ keçirdiyini bildirib. O, Rusiya personalının AES-in fəaliyyətinə və radioaktivlik səviyyəsinin normal səviyyədə saxlanılmasına nəzarət etdiyini açıqlamışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər