16 C
Baku
Monday, October 14, 2024

Ukrayna Rusiyaya yardım edən ölkələri dayandırmaq üçün beynəlxalq hüquqdan istifadə edəcək

“Biz İran da daxil olmaqla istənilən ölkənin Rusiyaya yardım göndərməsini dayandırmaq üçün beynəlxalq hüquq çərçivəsində bütün mümkün alətlərdən istifadə edəcəyik”.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba xarici media üçün onlayn formatda təşkil olun brifinqdə bildirib.

Nazir bildirib ki, Rusiyaya göndərilən istənilən hərbi yardım ukraynalıların ölümünə səbəb olur.

“Rusiyaya yardım edən ölkələrə qarşı cavab yalnız sanksiyalardan ibarət deyil. Bu, digər müxtəlif addımları da əhatə edir. Bu diplomatik səviyyədə, ticari-iqtisadi sahədə, kəşfiyyat, hərbi sahədə atılan addımları da ehtiva edir. Bütün bunlar Rusiyanın əlavə silah təchizatının qarşısını almaq üçün atılır. Bu istiqamətdə artıq işlər görülür və bu, Rusiyaya yardım göndərməyi nəzərdən keçirən ölkələr üçün də ciddi siqnal olacaq”,- deyə Kuleba bildirib.

Ukraynanın baş diplomatı bildirib ki, bu cür əməkdaşlıqdan çəkinmək lazımdır. Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq mənfi nəticələrə yol açır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər