23 C
Baku
Friday, May 24, 2024

Ukrayna səfiri İran XİN-ə çağırılıb

Ukraynanın Tehrandakı səfiri Sergey Burdilyam İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın İsfahanda Müdafiə Nazirliyinin emalatxana kompleksinə hücumda ölkəsinin iştirakı ilə bağlı eyhamından sonra Ukraynanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyə çağırılıb.

İran XİN Podolyak tərəfindən irəli sürülən iddialar barədə izahat tələb edib.

Qeyd edək ki, Ukrayna prezident ofisi rəhbərinin müşaviri Twitter-də şəxsi səhifəsində yazı dərc edərək, Kiyevin İsfahandakı hücumda iştirakı ilə bağlı eyham vurmuşdu.

Ukrayna rəsmilərindən heç biri hələ ki, Podolyakın bəyanatlarını təkzib və ya təsdiq etməyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər