13 C
Baku
Friday, November 22, 2024

Ukrayna səfiri Hindistan XİN-ə çağırılıb

Ukraynanın Hindistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Hindistanın Baş naziri Narendra Modinin Rusiyaya səfəri barədə dedikləri rəsmi Dehlidə narazılıqla qarşılanıb.

Qeyd edək ki, Zelenski Modinin Rusiyaya səfərini və Prezident Putinlə görüşünü Ukrayna məsələsi ilə bağlı sülh səylərinə sarsıdıcı zərbə adlandırmışdı.

Hindistan XİN bununla bağlı etirazını ukraynalı diplomata çatdırıb.

Bundan başqa, qəzet yazır ki, Mədəni əlaqələrin inkişafına dair Hindistan-Ukrayna işçi qrupunun birgə iclası da təxirə salınıb.

Hindistanın Baş naziri iyulun 8-9-da Rusiyaya səfər edib. Səfər çərçivəsində 22-ci Rusiya-Hindistan sammiti keçirilib, eyni zamanda iki ölkə arasında bir neçə sənəd imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər