6 C
Baku
Saturday, December 14, 2024

Ukrayna səfiri Qazaxıstan XİN-ə çağırıldı

Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublyovski ruslarla bağlı səsləndirdiyi fikirlərə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Qazaxıstan XİN-in Mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası XİN-də nazir müavini Yermuhambet Konuspayevlə Ukraynanın Qazaxıstan Respublikasındakı səfiri Pyotr Vrublyovski arasında görüş keçirilib. Görüş zamanı səfirə cari il avqustun 21-də qazaxıstanlı bloqer Dias Kuzairova verdiyi müsahibədə söylədiyi fikirlərlə bağlı etiraz bildirilib”, – məlumatda deyilir.

“Bu cür hərəkətlər dövlətlər arasında dostluq münasibətlərinə xələl gətirməməlidir”, – deyə nazirlikdən vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl Rusiya İstintaq Komitəsinin Mətbuat xidmətindən bildirilmişdi ki, sosial şəbəkələrdə dərc olunmuş videoda Pyotr Vrublyovski deyib ki, Ukrayna rejimi bacardığı qədər daha çox rus öldürməyə çalışır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər