Ukrayna şəhərlərinə raket zərbələri endirilib.
Paytaxt Kiyevlə yanaşı, Jitomir, Poltava, Roven və Kiyev vilayətlərinə, Dnepr, İvano-Frankov, Ternopol, Xmelnitski, Konotop, Kremençuk və Kropivnitski, Xarkov və Odessa şəhərlərinə də zərbələr endirilib.
Zərbələr əsasən, energetika infrastrukturuna endirilib, Lvov və Xarkovun bəzi hissələri işıqsız qalıb.
Ukrayna Dəmir Yolları qatarların hərəkətində ləngimələr olduğunu açıqlayıb.