Ukrayna hakimiyyətinin Avropa İttifaqı və NATO-ya çağırışı əsasında Rusiya Aerokosmik Qüvvələri üçün Ukrayna səmasının bağlanması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu səmanı bağlamaq tələbinin həyata keçirilməsi təkcə Avropa üçün deyil, bütün dünya üçün böyük və fəlakətli nəticələrə səbəb olacaq. Düşünürəm ki, qarşı tərəfdə nə isə hazırlayanlar bunu başa düşürlər”, – deyə Rusiya lideri bildirib.