16 C
Baku
Monday, April 29, 2024

“Ukrayna səmasının raket terrorundan qorunması müharibənin bitməsi üçün fundamental addım olacaq”

“Ukrayna səmasının Rusiyanın raket terrorundan qorunması müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı deyib.

O, beynəlxalq ictimaiyyətdən Ukrayna səmasının qorunması üçün kömək istəyib.

Ukrayna Prezidenti həmçinin IRIS-T hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə görə Almaniyaya da təşəkkür edib.

Eyni zamanda Zelenski xatırladıb ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin daha çox çatdırılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Rusiya ordusu oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket hücumuna məruz qoyur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər