28 C
Baku
Saturday, July 27, 2024

Ukrayna Silahlı Qüvvələri 6000 kvadrat kilometr ərazini azad edib

Ukrayna hərbçiləri ölkənin cənubunda və şərqində 6 min kvadrat kilometr ərazini azad edib.

Bunu özünün “Facebook” səhifəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Qeyd edək ki, Ukrayna hərbçilərinin Xarkov vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı sentyabrın əvvəlində başlayıb. Bu günə qədər ölkə ordusu demək olar ki, bütün Xarkov vilayətini, eləcə də Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsini azad edib.

Bundan əlavə, son günlər Ukrayna Xerson vilayətinin bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

 

 

Son xəbərlər
Digər xəbərlər