29 C
Baku
Wednesday, July 16, 2025

Ukrayna “Starlink” mobil internet xidmətini istifadəyə verən ilk Avropa ölkəsi olacaq

Ukrayna 2026-cı ilin ortalarında “Starlink” mobil rabitə xidmətlərini təklif edəcək ilk Avropa ölkəsi olacaq.

Bu barədə “Kiyevstar” operatorunun baş direktoru Aleksandr Komarov məlumat verib.

2024-cü ilin sonunda ABŞ-ın “SpaceX” geniş şəbəkəli kommersiya qrupu ilə bağlanmış saziş çərçivəsində sahə sınaqları artıq başlayıb. Bu saziş İlon Maskın şirkətinə Ukraynada birbaşa peykdən mobil şəbəkəyə qoşulma xidmətlərini istifadəyə verməyə imkan yaradacaq.

Birbaşa bağlantı funksiyasına malik cihazlar modemlərlə təchiz olunmuş peyklərə qoşulur. Bu peyklər kosmosdan birbaşa smartfonlara telefon siqnallarını ötürərək mobil rabitə qüllələri kimi fəaliyyət göstərir.

Bu texnologiya sayəsində Ukraynanın ən ucqar və çətin əlçatan bölgələrində də yüksəksürətli internet və mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər