12 C
Baku
Saturday, November 23, 2024

Ukrayna “Starlink”i İlon Maskdan təzminat alacaq

Ukraynanın İT şirkəti “Starlink” məhkəmənin qərarı ilə “SpaceX” peyk rabitə sisteminin adı ilə üst-üstə düşən əmtəə nişanının ləğvi halında İlon Maska məxsus şirkətdən 14,7 min dollardan çox pul almalıdır.

Məlumata görə, “SpaceX” “Starlink”in xeyrinə peşəkar hüquqi yardım üçün 480 000 qriven (təxminən 13 100 dollar), habelə ekspertizanın aparılması ilə bağlı 60 000 qriven (1600 dollardan çox) xərcləri ödəməlidir.

Qeyd olunur ki, ABŞ şirkəti birinci instansiya məhkəməsində iddianı uduzduqdan sonra apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ukraynanın “Starlink” brendi 2011-ci ildə qeydiyyatdan keçib. “SpaceX”ə məxsus peyk rabitə sistemi də “Starlink” adlanır. 2022-ci ilin noyabrında Ukrayna şirkəti ABŞ müəssisəsini oxşar əmtəə nişanını ləğv etmək tələbilə məhkəməyə verib.

Son xəbərlər
Digər xəbərlər