Ukrayna 2019-cu ilin yanvar-aprel aylarında neft və neft xammalı idxalını 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 31,4% – 204,622 min tonadək azaldıb.
Interfax Agentliyinin (Azərbaycan üzrə) Ukrayna Dövlət Fiskal Xidmətinə istinadən məlumatına görə, $101,429 mln. məbləğində neft idxal olunub ki, bu da 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 35,1% azdır.
Azərbaycandan $98,993 mln. (pay 97,6%), Latviyadan $2,321 mln. (2,29%), Macarıstandan $0,082 mln. (0,08%), digər ölkələrdən $0,033 mln. (0,03%) dəyərində neft idxal edilib.