31 C
Baku
Monday, July 22, 2024

Ukrayna tezliklə Slovakiyanın “MiQ-29″larını alacaq

Ukrayna tezliklə Slovakiyanın “MiQ-29” qırıcılarını alacaq.

Bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Slovakiya Hərbi Hava Qüvvələri Polşa ilə hava məkanında patrul xidməti göstərməklə bağlı razılaşmalar nəticəsində sovet istehsalı olan “MiQ-29” qırıcılarını tezliklə Ukraynaya köçürə bilər. Bununla bağlı Slovakiya və Polşanın müdafiə nazirləri arasında razılıq da əldə olunub. Əməkdaşlığın başlama vaxtı gizli saxlanılır.

Bundan əvvəl Slovakiya hava məkanını qorumaq üçün alternativ yol kimi Ukrayna ordusuna “MiQ-29” qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini açıqlayıb.

Müharibə başlayandan indiyədək Ukrayna bir neçə dəfə Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvlərindən sovet təyyarələrinin verilməsini xahiş edib. Lakin bu dövlətlər Rusiyanın reaksiyasından ehtiyat edərək bundan imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər