27 C
Baku
Bazar, May 29, 2022

Ukrayna Türkiyəni “bu çətin dövrdə” ona dəstək olmağa çağırıb

Ukraynanın Türkiyədəki səfirliyi cümə axşamı Ankaraya “bu çətin zamanda” Kiyevə dəstək olmaq üçün müraciət edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Hal-hazırda Ukrayna şəhərləri bombalanır. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin dövrdə bizə dəstək olmağa çağırırıq”, – deyə diplomatik missiyanın “Twitter”dəki mesajında bildirilir.

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı səhər televiziya ilə çıxışında Donbas respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq “təqib və soyqırıma məruz qalmış insanları qorumaq üçün” xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına “Ukrayna ərazilərinin işğalı daxil deyil”.

Son xəbərlər
Oxşar xəbərlər