Ukrayna, Türkiyə və BMT nümayəndələri İstanbulda taxıl ixracına dair saziş imzalayıblar. Bu barədə cümə günü Ukraynanın “Strana” nəşri məlumat yayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar. Nəşrin yazdığına görə, “eyni sənədi Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalamalıdır”.