20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “TASS” məlumat verib.

“Ukrayna Nazirlər Kabineti və Türkiyə Cümhuriyyəti hökuməti arasında hərbi müqavilə layihəsi təsdiq edilsin”, – Ukraynanın Nazirlər Kabinetinin sərəncamında deyilir.

Nazirlər Kabinetinin iclasında sazişin imzalanmasının tərəflər arasında hərbi sahədə “21 istiqamətdə” əməkdaşlığın genişləndirilməsi üçün hüquqi zəmin yaradacağı açıqlanıb. Bu ilin avqust ayında Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə lideri Tayyib Ərdoğanla telefon danışığı zamanı bu müqavilənin 2020-ci ilin sonuna qədər imzalanacağına ümid etdiyini söyləyib.

Qeyd edildi ki, hərbi sahədə əməkdaşlığın beş istiqamətdə genişləndirilməsi gözlənilir. Bu, yüksək dəqiqlikli tank əleyhinə silahların birgə istehsalı, helikopterlərin təmiri və texniki dəstəyi, təyyarə mühərriklərinin tədarükü, pilotsuz təyyarə sistemlərinə qarşı mübarizə sahəsində, həmçinin aviasiya və təlim kompleksləri sahəsində əməkdaşlıqdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər