30 C
Baku
Tuesday, July 15, 2025

Ukrayna və Türkiyə müdafiə nazirləri telefonla danışıb

Ukrayna müdafiə naziri Oleksiy Reznikov və Türkiyə müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna limanlarında gözləyən ticarət gəmilərimizin və A400M təyyarələrimizin Türkiyəyə təhlükəsiz daşınmasının müzakirə edildiyi danışıqda nazir Akar tez bir zamanda atəşkəs əldə olunmasının vacibliyi və Türkiyənin indiyə qədər olduğu kimi, Ukraynaya humanitar yardım məsələlərində üzərinə düşəni etməyə davam edəcəyini bir daha vurğulayıb”, – Türkiyə Müdafiə Nazirliyi bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər