Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
O, söhbətin xüsusilə hava hücumundan müdafiə sistemlərindən getdiyini söyləyib: “Biz birgə silah istehsalı üçün çalışacağıq. Bu, həmrəyliyimizin yeni səviyyəsidir”.
Qeyd edək ki, V.Zelenski dünən ABŞ-da həmkarı Cozef Baydenlə görüşüb.