14 C
Baku
Saturday, November 23, 2024

Ukrayna və ABŞ müdafiə nazirlərinin telefon danışığı olub

Ukrayna müdafiə naziri Oleksiy Reznikov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Bu barədə Reznikov “Twitter”də bildirib.

Müdafiə naziri Reznikovun sözlərinə görə, telefon söhbəti zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması və təhlükəsizlik vəziyyəti müzakirə ediblər.

“ABŞ Rusiyanın bizim mülki və enerji infrastrukturumuza endirdiyi zərbələri pisləyir. ABŞ müdafiə naziri əmin edib ki, kimin kiminlə danışıqlar aparmasından asılı olmayaraq: ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır”, – Reznikov vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər