Ukrayna və Azərbaycan parlamentləri arasında həm ali səviyyədə, həm də deputat qrupları səviyyəsində yaxın zamanda qarşılıqlı səfərlər gözlənilir. Bunu Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) vitse spikeri Yelena Kondratyuk bildirib.
O qeyd edib ki, bu səfərlər tək hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq üçün yox, ümumiyyətlə iki ölkə arasında ələqlərin müxtəlif sahələrində yeni mərhələyə keçid əhəmiyyətini daşıyır:
“Bildiyiniz kimi Ali Radada hazırda yeni heyət formalaşıb. Ümumiyyətlə Ukrayna hakimiyyəti yenidən formalaşıb. Biz yeni strategiya hədəfləmişik və bu hədəflərimizdə dost ölkələrlə əməkdaşlıq prioritetlərdəndir. Azərbaycan Ukrayna üçün həmişə dost və strateji cəhətdən maraqlı ölkə olub. Bizim ortaq məsələlərimiz çoxdur. Düşünürəm biz yeni hədəflərimizdə Azərbaycanla əməkdaşlıqda da yeni mərhələyə keçəcəyik”, – deyə, vitse spiker bildirib.
©Report