12 C
Baku
Wednesday, December 11, 2024

Ukrayna və Azərbaycan birlikdə dərman istehsal edəcək

Banker.az saytının verdiyi məlumata görə, Ukrayna və Azərbaycan qarşılıqlı investisiyalar əsasında dərman istehsalı ilə məşğul olan müəssisələrin yaradılması məsələsini müzakirə edir.

Bu haqda məlumatı isə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Vadim Sidyaçenko verib.

“Ukrayna Azərbaycana əhəmiyyətli investisiyalar etməyi planlaşdırır. Bu xüsusən də birlikdə dərman istehsalı ilə məşğul olan müəssisənin yaradılmasına aiddir. Ümid edirik ki, bu müəssisə artıq bu il ərzində yaradılacaq” deyə Sidyaçenko qeyd edib.

Ortaq müəssisənin yaradılması mərhələli şəkildə həyata keçiriləcək: ilkin mərhələdə həb və kapsula formasında, ikinci mərhələdə ampula və flakon, üçüncü mərhələdə isə geniş spektrdə antibiotiklərin istehsalı planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycanda iki farmaseptik zavod inşa edilməkdədir.

Son xəbərlər
Digər xəbərlər