Ukrayna və Çin arasında ticarət dövriyyəsinin həcmi yanvar-iyul aylarında 46.6 faiz azalaraq 5.79 milyard dollara enib.
Bu barədə ÇXR-n Baş Gömrük İdarəsindən bildiriblər.
İdarənin yaydığı məlumata görə, cari ilin ilk yeddi ayında Çin Ukraynaya 2.36 milyard dollarlıq mal və xidmətlər ixrac edib (azalma 49.9 faiz). İdxal isə həmin dövrdə 44.2 faiz, yəni 3.43 milyard dollara qədər azalıb. Beləliklə, Ukraynanın Çinlə ticarətdə müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.4 faiz aşağı düşüb.
İyul ayında ÇXR tərəfi Kiyevə 184.26 milyon dollar dəyərində məhsul göndərib. Bu, iyun ayına nisbətən təqribən 61 faiz çoxdur. Ötən ay əks istiqamətə məhsul axını isə 45 faiz azalaraq 42.34 milyon dollar olub.
Rəsmi statistikaya əsasən, 2021-ci ildə Çin-Ukrayna ticarətinin həcmi 19.3 milyard dollar təşkil edib.