Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.
Bu barədə Vladimir Zelenskinin tviter hesabında yazıb.
“Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Rusiyanın cinayətlərinin araşdırılmasını, Ukrayna xalqının işğalçıya müqavimətini müzakirə etdik. Danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq”, – Ukrayna Prezidenti bildirib.