-1 C
Baku
Sunday, December 15, 2024

Ukrayna və Gürcüstan vətəndaşları üçün Şengen vizası ləğv olunur

Ukrayna və Gürcüstan vətəndaşları ilə viza rejiminin ləğvi ilə bağlı Avropa Parlamenti və Avropa Birliyinin üzvləri razılaşma imzalayıblar.

Xəbərinə görə, Bu barədə Reuters agentliyi xəbər yayıb.

Məlumata görə, razılaşma dekabrın 7-i axşam saatlarında əldə olunub.

Vizasız rejimin dəqiq nə vaxt tətbiq ediləcəyi hələlik açıqlanmır, amma Kiyevlə Tbilisi artıq ilin sonunadək viza rejiminin qaldırılacağını ümid edirlər.

Avropa komissiyası bundan əvvəl Ukrayna ilə Gürcüstanın vizasız rejimlə bağlı bütün şərtləri yerinə yetirdiklərini bəyan elədi, amma yekun qərar Brüssel görüşünə saxlanmışdı.

İndi sənədi Avropa Parlamenti və Avropa Birliyinə üzv ölkələrin hökumətləri də təsdiqləməlidir.

Modern.az

Son xəbərlər
Digər xəbərlər