6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna və Rusiya arasında baş tutan məhbus mübadiləsində Viktor Medvedçukda dəyişdirilib

Məlumat verdiyimiz kimi, ödən gün Ukrayna və Rusiya arasında  məhbus mübadiləsi baş tutub. 

Ukrayna tərəfinin məlumatına görə, Ukrayna öz hərbi əsirlərini dəyişdirib, Ukraynanın müxalif siyasətçisi Viktor Medvedçuk isə Rusiyaya köçürülüb.

Əsirlərin dəyişdirilməsini telemarafonun efirində Ukrayna prezidenti Vladimir Zelenski təsdiqləyib.

Viktor Medvedçuk Ali Radanın deputatı, Ukraynanın Müxalifət Platforması – Ömürlük partiyasının rəhbəridir. O, özünü Rusiya prezidenti Vladimir Putinin xaç atası adlandırıb. Medvedçuk 2021-ci ilin mayından ev dustaqlığındadır. Ukrayna hakimiyyəti bildirirdi ki, o, 2022-ci ilin fevralında qaçıb və gizlənib, apreldə isə saxlanılıb. Rəsmi Kiyev və  Medvedçukun özü Rusiyaya ukraynalı hərbçilərlə mübadilə etməyi təklif etmişdi, lakin Moskvada bu təklif rədd edildi. Ukraynada Viktor Medvedçuku vətənə xəyanətə görə 15 ilə qədər həbs cəzası gözləyirdi.

Son xəbərlər
Digər xəbərlər