Ukrayna və Türkiyə yük daşımalarında vizasız rejimin uzadılması barədə razılığa gəliblər. Vizasız səyahət boş yük maşınlarının daxil olmasına da aiddir.
Bu barədə “RBC” Ukrayna Yenidənqurma Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Türkiyəyə tədarük edilən bütün ixracın təqribən 15%-i avtomobil yolu ilə həyata keçirilir. Türkiyə şirkətləri bizə yüklərin ümumi həcminin, demək olar ki, 60%-ni avtomobil yolu ilə idxal edir”, – deyə icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində artıq yük və tranzit daşımaları həyata keçirmək üçün tərəflərdən icazə tələb olunmur. Vizasız səyahət boş yük maşınlarının daxil olmasına da aiddir.