Kiyev və Ankara müdafiə sektorunda birgə layihələrə dair hökumət səviyyəsində və şirkətlər səviyyəsində razılıq əldə ediblər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib:
“Bu gün biz müdafiə sektorunda həm hökumət səviyyəsində, həm də dövlətlərimizdə şirkətlər səviyyəsində ikitərəfli əməkdaşlığı müəyyən etmişik. Birgə layihələrlə bağlı razılaşmalar əldə olunub”.
Zelenski Türkiyənin hərbi-sənaye kompleksinin nümayəndələri ilə görüşlər keçirdiyini qeyd edib: “Biz müzakirə etdiyimiz layihələri həyata keçirmək üçün mümkün qədər tez hərəkət etməyə hazırıq”.