6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki, “Rusiyanın Ukraynaya qarşı təcavüzünün güclənməsi ilə əlaqədar <…> Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarına Rusiya Federasiyasına hər hansı səfərdən çəkinməyi, bu ölkədə olanlara isə ərazini dərhal tərk etməyi tövsiyə edir”, – deyə mesajda bildirilib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, bu tövsiyəyə məhəl qoymamaq “Rusiya Federasiyasında Ukrayna vətəndaşları üçün adekvat müdafiənin təmin edilməsini xeyli çətinləşdirəcək”.

Son xəbərlər
Digər xəbərlər